Neftçinin 2-1lik Vasiliu Galibiyetinin Azeri basınındaki yankıları

21 Temmuz 2008 Pazartesi



UEFA kubokuna bir addım da yaxınlaşdıq...
20-07-2008

"Neftçi" tarixində ilk dəfə avrokubokların üçüncü mərhələsindəki oyununa çıxdı. Cəzalı Rail Məlikovla yanaşı, zədəlilər - Samir Əliyev, Joze Karlos və Svetoslav Stefanov komandamıza kömək edə bilmirdilər. Bununla belə, "Neftçi" ilk dəqiqələrdən ərazi üstünlüyünə yiyələndi və bunun məntiqi nəticəsi kimi, ard-arda bir neçə epizodda qol vurmağa yaxın oldu. Lakin Dafçev, Gerasimyuk və Sadiqovun zərbələrindən sonra top tora qovuşmadı. Nəhayət, 27-ci dəqiqədə hesab açıldı. Gerasimyuk bu dəfə dəqiq zərbə endirdi - 1:0. Lakin azarkeşlərimizin sevinci uzun sürmədi. İki dəqiqə sonra Stanislav Gençev oxşar zərbə ilə hesabı bərabərləşdirdi - 1:1. İkinci hissə də "Neftçi"nin üstünlüyü ilə başladı. Lakin Dafçevin zərbəsini rəqib qapıçı tuta bildi. Elə Micoviç də Çanunun zərbəsindən sonra yaxşı oynadı. Bir az sonra qapı dirəyi komandamızı qoldan xilas elədi. 68-ci dəqiqədə isə Silviu Balaçe ikinci sarı vərəqəyə görə meydandan qovuldu. Bundan istifadə edən "Neftçi" dərhal irəli atıldı. Anatoli Demyanenkonun Zaur Tağızadəni ilə Georgi Çelidzeni meydana buraxması komandamızın hücumlarının kəsərini daha da artırdı və 84-cü dəqiqədə Rəşad Sadiqov güclü və dəqiq zərbə ilə qələbə qolunu vura bildi - 2:1. "Neftçi" oyunun sonlarında rəqibi daha bir dəfə məyus edə bilərdi. Lakin oyunun ən yaxşılarından olan Gerasimyukun zərbəsindən sonra top qapının üstündən keçdi. Bununla da İntertoto kubokunda 3-cü qələbəsini qazanan "Neftçi" UEFA kubokuna bir addım da yaxınlaşdı. Komandamızın heyəti belə idi: V.Miçoviç, E.Allahverdiyev, D.Kruqlov, R.Sadiqov, A.Çertoqanov (R.Abışov, 82), G.Adamiya, M.Dafçev (G.Çelidze, 71), R.Sadıqov (k), O.Gerasimyuk, N.Bayramov (Z.Tağızadə, 70), V.Olefir.

0 yorum: