Azerbaycan Dilinin izahli lugati

21 Temmuz 2008 Pazartesi

Değerli Arkadaşlar
Malumunuz olduğu gibi Azerbaycan latin alfabesine geçmesiyle birlikte temel eserleri süratli bir şekilde bu alfabede yayımlamaya başladı. Bu bağlamda yayınevleri belli bir program dahilinde birçok yerli ve yabancı kaynak eseri bu alfabede neşrettti. Halen bazı eserler latin alfabesiyle yayımlanmaya devam etmektedir.
2006 yıkında sözü edilen çalışmalara ''Azerbaycan Dilinin İzahlı Lügati'' de eklenmş bulunmaktadır. Şerg-Gerb yayınları arasında çıkan İzahlı Lügat 4 ciltten oluşmaktadır. Giriş kısmında eserin hazırlanmasında takip edilen metot hakkında bilgi verilmiş. Sözü edilen kısmı sizlerle paylaşmak istiyorum.
Saygılarımla...
Dr. Erdal KARAMAN, Qafqaz Üniversitesi/Bakü
SÖZLÜYÜN TƏRKİBİ (SÖZLƏRİN SEÇİLMƏSİ)
1. "Azərbaycan dilinin izahlı lüğəti" müəyyən derəcədə normativ bir lüğət olduğundan, canlı danışıq dilində və onun ayn-ayrı dialektlərində işlənən sözlərin hamısını əhatə etmir. Öz qarşısında duran vəzifəyə uyğun olaraq, Lüğetə bu günə qədər Azərbaycan ədəbi dilində geniş miqyasda işlənən bütün sözlər daxil edilir. Bu sözləri, əsasən, aşağıdakı qruplara ayırmaq olar:
1) Dilimizin lüğət tərkibinin aynlmaz bir hissəsini təşkil edən xüsusi və terminoloji sözlər.
Lakin bu və ya digər elmi terminin Lüğətə daxil edilməsi üçün osas şərt, həmin terminin adi həyatda oynadığı rol və az-çox geniş yayılmasıdır. Məlum olduğu kimi, tibb, biologiya, texnika, botanika və s. sahəsinde minlərlə, on min-lərcə termin vardır ki, bunların əksəriyyəti çox məhdud ixtisar çerçivəsində işlənən sözlərdir. Bunları vermək xüsusi terminoloji lüğetlərin vəzifəsidir. Buna görə də Lüğetə ədəbi dilimizin lüğət tərkibinə daxil olnıuş terminlər, yəni ümum- təhsil məktəbləri üçün Azərbaycan dilində yazılmış, yaxud bu dilə tərcümə edilmiş dersliklərdə işlədilən terminlər, həmçinin kütləvi-elmi ədəbiyyatda və ümumi mətbuatda təsadüf edilən və dar ixtisasa aid olmayan terminlər daxil edilir.
2) Vaxtı ilə dilimizin lüğət tərkibinə girmiş, indi isə yalnız keçmiş heyatın müxtəlif cəhətlərini əks etdirmək naminə lazım olan ve geniş oxucu kütləsi üçün yazılan, müxtəlif ədəbiyyatda işlədilən köhnəlmiş sözlər; məs.: yüzbaşı, biyar, bəy, qoçu, töycü, bəzzaz, zadəgan, baqqal, meyxanaçı və s.
3) İndi tarix kitablannda ve digər ədəbiyyatlarda termin kimi işlenərək, müx-təlif tarixi dövrlərin meişət və həyati cəhətlərini əks etdirən qedim sözlər; məs.: bəylərbəyi, kələntər, xaqan, sərdar ve s.
4) Başqa xalq və tayfaların adları: a) müasir xalqların adları; məs.: çexlər, macarlar, çinlilər, almanlar, fransızlar; b) indi mövcud olmayan, lakin vaxtilə dünya tarixində müeyyən rol oynamış xalq və tayfaların adları; məs.: skiflər, xəzərlər, peçeneqlər, assurilər, hunlar ve s.
Qeyd. Bu adlar Lüğətdə, adətən, tək şəkildə, az işlənən tayfa adları ise cəm şəkildə verilir.
5) Tarixi və əsatiri şəxsiyyət adlarından yalnız məcazi ve simvolik mənalarda işlənənləri; məs.: əflatun (çox bilikli, müdrik adam mənasmda), loğman (mahir hekim mənasında), hatəm (səxavətli adam mənasında) və s.
6) Xalq arasında və ədəbiyyatda işlənən din və dini ayinlərlə əlaqedar sözlər; məs.: namaz, ziyarət, dua, huri, mələk, behiştvQ s.
7) Mehəlli sözlerdən (dialektizmlərdən): a) respublikamızın müxtəlif rayonlarında və ya şifahi xalq yaradıcılığında az-çox yayılmış, buradan da ümumxalq diline, habelə kənd məişətinin təsviri ilə əlaqədar olaraq ədəbi dilə keçmiş sözlər; b) termin kimi işlənilə bilən ve ümumiyyətlə, termin yaratmaq üçün əhəmiyyəti olan və ədəbi dildə qarşıhğı olmayan kənd təsərrüfatına, müxtəlif sənət və peşə-lərə aid sözlər, bitki, heyvan, balıq və s. adları; məs.: arançı, üçəm, zing, çeşid, daxal, kaha, qənbər, xama, kəsmik və s. Bu kimi sözlər Lüğətə ümumi dilimizə aid sözlər kimi daxil edilsə de, onların dialektizm olduğu müvafıq işarələrlə göstərilir.
8) Defıslə yazılan mürəkkəb sözlər: a) isimlər; məs.: gecə-gündüz, əmin-amanlıq, gediş-gəliş, ata-ana, dağ-daş, arvad-uşaq və s.; b) zərflər; məs.: gülə-gülə, tez-tez, yavaş-yavaş, qol-qola və s.
9) Bədii, siyasi və digər ədəbiyyatda geniş yayılmış, həmçinin canlı dildə işlə- nən mürəkkəb ixtisar sözlər və hərfı ixtisarlar; məs.: raykom, komsomol, kolxoz, sovxoz, partkom, partbilet, SSRİ və s.
10) İsim və sifətlərin ən çox işlənən kiçiltmə və oxşama formaları; məs.: dax-macıq, kiçicik, hissəcik, uşaqcığaz, quşcuğaz, göycüyəz və s.
11) Müxtəlif şəkildə düzəldilmiş səs təqlidi sözlər; məs.: qurultu, şaqqdtı, vaqqütı, miyov-miyov, cik-cik, şıq-şıq və s.
12) Feli sifətlərdən yalnız substantivləşənlər (isimləşənlər) və ya sifət kimi işlənilə büənlər; məs.: oxuyan (xanəndə mənasında), çalan (çalğıçı mənasında), qapan, tutan (qapan it, tutan it mənasında) və s.
13) Bir yerdə yazılan saylar (miqdar və sıra sayları), ədatlar (məs.; hə, axı, kaş ve s.); qoşmalar (məs.: üçün, qarşı, başqa və s.); bağlayıcıtar (bir yerdə yazılanlar) və ara sözler (məs.: əlbəttə, beləliklə, şübhəsiz, görünür, deməli, həqiqətən, deyəsən, görəsən və s.).
14) Mürəkkəb sözlərin yeni sözdüzəltmə cehətdən məhsuldar olan tərkib hissələri; məs.: ...xana, ...şünas, ...oxşar, aqro..., elektro..., radio..., bio... və s.
2. Lüğətə bu sözlər daxil edilmir: a) ölkə, dəniz, çay, dağ, şehər və s. bu kimi coğrafı adlar; b) yerli əhali adlan (məs.: baküı, qarabağlı və s.); c) şəxs adları; ç) bu və ya digər formada yazıçı və müəllifin icadı olan, yaxud onun tərəfındən yanhş işlənen və başqa yazıcı və müəllifləhn əsərlərində təsadüf edilməyən söz-lər (məs.: baharlı, axşamlı, qaralışmaq, vətənçi, viranlamaq və s.); d) müasir ədəbi dilimizdə işlənməyən qəliz ərəb və fars sözləri; e) yalnız bir məhəllə və məhdud peşəkarlıq mühitinə aid olan və başqaları tərəfındən başa düşülməyən arqotizmlər (məs.: avaqa, ceydaraq, qacalov, hinqlov və s.); ə) ədəbsiz sözlər və söyüşlər.
II. LÜĞƏTİN QURULUŞU
3. Lüğətdə baş sözlər əlifba sırası ilə verilir.
4. Lüğət maddələrinin başhğım: a) isimlər; b) sifetlər; c) saylar; ç) əvəzliklər; d) feillər; e) zərflər; ə) bağlayıcılar; f) nidalar; g) ədatlar; ğ) ara sözləri; h) səs təq-lidi sözlər təşkil edir.
5. Bir məfhum bildirən, lakin mövcud imlaya göre ayrı yazılan mürekkəb sözlər (məs.: ağ neft, dağ bülluru, əl ağacı) əsas sözlərin (yəni neft, büllur, ağac sözlərinin) maddəsində verilir.
6. Baş sözlərdən sonra, onun hansı nitq hissəsinə aid olduğu göstərilir. Lazım gəldikdə sözün, yaxud onun mənasının hansı sahəyə aid olduğunu göstəren üslubi işarəler verilir.
Qeyd. Başqasma baxdınlan sözlərdə nitq hissəsi göstərilmir, çünki onların nitq hissəsi baxılacaq sözün nitq hissəsinin eynidir.
7. Əcnəbi sözlər bu qaydada verilir:
a) əcnəbi sözlərin qabağmda düz mötərizədə hansı dilə aid olduğu göstərilir:
ATƏŞ [fars.]
AVANQARD [fr.] AVRAL [ing.] MÜƏLLİM [ər.]
b) tərkibi başqa-başqa dillərə aid sözlərdən ibarət olan mürəkkəb sözlerdə mənşə aşağıdakı şəkildə verilir:
AB-HAVA [färs. ab və ər. həva] AQROMİNİMUM [yun. aqro və lat. minimum] AVTOPORTRET [yun. avto və/r. ...portret] MÜQAVİLƏNAMƏ [ər. müqavilə və fars. namə].
Qevd. Azərbaycan dili şəkilçiləri vasitəsi ilə alınma sözlərdən düzələn feillə-rin, sifətlərin və s.-nin yanında mənşə göstərilmir;
c) həm şəkil, həm də tələffüzcə azerbaycancalaşmış əcnəbi sözlərin mənşeyi göstərilmir;
ç) tərkib hissələrindən biri azərbaycanca olan (məs.: aqreqatçı, futbolçu, das-tançı, qəzetçilik kimi) sözlərdə mənşə göstərilmir;
d) ilk mənşəyi ərəb, fars, yaxud türk dillərinə gedib çıxan əcnəbi sözlərin ilk mənşəyi gösterilir; məsələn:
ADMİRAL [ər. "əmirülbəhr" sözündən]
ÇAMADAN [fars. "camədan" sözündən]
KARANDAŞ [türk. "qara daş" sözündən];
e) əcnəbi sözün mənşəyi bəlli olmadıqda, yaxud mübahisəli olduqda, sadəcə "xar." (yəni "xarici sözdür") işarəsi qoyulur;
ə) ecnəbi sözün azərbaycanca qoşa variantı (sinonimi) olduqda izah, bir qayda olaraq, azerbaycancasmda verilir; məsələn:
KAKTUS bax maldili.
METATEZA bax yerdəyişmə.
f) lüğətdə əcnəbi sözlərin əslində olan bütün mənaları deyil, ancaq Azərbay-can dilində işlənən mənaları verilir;
g) klassik ədəbiyyatda və köhnə mətbuatda bəzən cəm şəklində işlənən ərəb sözlərinin cəm şəkli də baş söz kimi verilir; məsələn:
ƏŞYA is. [ər. "şey" söz. cəmi]
ÜLƏMA is. [ər. "alim" söz. cəmi]
VÜZƏRA is. [ər. "vəzir" söz. cəmi]
8. Omonimlər, yəni mənaca ayn, yazılış və tələffüzce bir olan sözlər, sözün sağından yuxarıda rəqəmlərlə işarə olunaraq, müstəqil sözlər kimi verilir; məsəlen:
ALICI1 is. (müştəri).
ALICI2 sif. (quş haqqında).
QAZ1 is. zool. (ev quşu).
QAZ2 is. kim. (kimyəvi maddə).
QAZ3 is. (yüngül, şəffaf parça).
9. Sözlərin variantlan əlifba sırası ilə bir-birinin ardmca gəldikdə, bu sözler yan-
yana baş söz kimi verilir və aralannda vergül qoyulur; məs.: ARFAÇALAN, ARFAÇI.
Əlifba sırası ilə dalbadal gəlməyən variantlar isə öz əlifba sırasında verilir.
10. Sözlərin həm şəkilçi ilə, həm də şəkilçisiz işlənən variantlarında şəkilçilər mötərizə içərisinə alınır; məs.: ALAGÖZ(LÜ), BAĞIŞLAN(IL)MAZ və s.
11. İsimlə kömekçi feildən düzələn tərkiblər, mürəkkəb feillər və başqa ifa-dələr aid olduqları mənalann bəndlərində, izahdan sonra verilir. Bunlar D işarəsi ilə izahdan ayrılır. Mənaların heç biri ilə uyğun gəlməyən ifadələr (idiomlar), həmçinin məcaziləşmiş məna daşıyan söz birləşmələri ən axırda abzasdan və 0 işarəsindən sonra verilir.
12. Yalmz tərkib şəklində işlənən sözlər bu qaydada verilir: baş sözdən sonra iki nöqtə qoyulur və sonra həmin tərkib (söz birleşməsi) yazılır və onun ardınca da ümumi qaydada izah verilir; məsələn:
DƏRK: dərk etmək...
ŞƏKLƏMƏK: qulaqlarını şəkləmək...
VAZ2: vaz keçmək...

0 yorum: